AİCC-nin hüquq və maliyyə konsaltinqi xidmətlərinə dair
Azerbaijan International
Consulting Company
Azerbaijan International Consulting Company (AICC) 2002-ci ildən davamlı olaraq xarici və yerli şəxslərə (hüquqi və fiziki) hüquq və maliyyə konsaltinqi sahəsində xidmət göstərir. Azərbaycan Respublikasında bir çox şirkətlərlə uzunmüddətli əməkdaşlıq təcrübəmiz vardır. Xidmət göstərdiyimiz şirkətlər sırasında istehsalat, otel xidməti, bank-sığorta, tikinti sektoruna aid hüquqi şəxslər üstünlük təşkil edir.
AİCC, həmçinin, müxtəlif mülki və iqtisadi mübahisələr üzrə işlərin məhkəmələrdə və digər orqanlarda hüquqi müşayiət edilməsini də həyata keçirir. AİCC-nin yüksək peşəkarlıqlı mütəxəssisləri mülki, iqtisadi və inzibati işlər üzrə mübahisələrin məhkəməyəqədərki mərhələdə və ya məhkəmədənkənar qaydada öyrənilməsi, mübahisənin mümkün (qanuni) həlli yolları, qaldırılacaq və ya baxılan iddianın perspektivləri barədə hüquqi rəylər hazırlayır.
1. AİCC sifarişçinin şifahi və ya yazılı müraciəti əsasında aşağıdakı hüquq məsləhət xidmətlərini təmin edir::
- Müştərinin işgüzar fəaliyyətində cari məsələlərlə əlaqədar normativ-hüquqi aktların tələblərinə dair şifahi və yazılı rəylərin verilməsi;
- Müştərinin perspektiv planlarının, yeni layihələrin hazırlanması və müqavilələrin bağlanmasında hüquqi müşayiət edilmə (şifahi məsləhətlər və yazılı rəylərin verilməsi);
- Müştərinin müəssisədaxili lokal normativ sənədlərinin normativ-hüquqi aktlara uyğunlaşdırılması; «Müəssisədaxili lokal normativ sənədlər» dedikdə:
1) əmək qanunvericiliyinə;
2) Əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına;
3) yanğın təhlükəsizliyi qaydalarına;
4) Kargüzarlıq qaydalarına - əməl edilməsinə dair normativ-hüquqi və texniki-normativ sənədlərin, lokal sənədlərin hazırlanması və tətbiqinin hüquqi müşayiət edilməsi;
- Müştərinin Kommersiya fəaliyyətində üçüncü şəxslərlə, kontrakt və sazişlərinin (əqdlər) hazırlanması, təqdim olunan mövcud əqdlərin hüquqi ekspertizasının aparılması;
- Müştərinin hüquqlarının üçüncü şəxslərin qeyri-hüquqi hərəkətlərindən müdafiəsinin hüquqi müşayiət edilməsi;
- Müvafiq dövlət orqanlarının yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsi çərçivəsində Müştərinin maraqlarının qorunması məqsədilə hüquqi müşayiət edilmə (şifahi məsləhətlərin verilməsi, görüşlərdə iştirak və yazılı rəylərin hazırlanması);
- Müştərinin müəssisəsində kompleks və ya sahəvi hüquqi auditin aparılması və auditin nəticələrinə dair rəyin hazırlanması;
- Müştəriyə qarşı üçüncü şəxslərin pretenziya və tələbləri, məhkəmə iddiaları, o cümlədən müştərinin qaldırdığı iddialar üzrə məhkəmədə hüquqi müşayiətin (təmsilçilik) təmin edilməsi;
- Müştərinin istəyi ilə tərəflər arasında razılaşdırılmaqla digər hüquqi yardımın göstərilməsi;
2. AİCC sahibkarlıq subyektlərinə (hüquqi və fiziki şəxslər)
Aşağıdakı maliyyə konsaltinqi xidmətlərini təklif edir:
- Müştərinin maliyyə fəaliyyətinin vaxtaşırı və (və ya) Xidmət göstərilənin sifarişi ilə tələb olunan vaxtda kompleks və ya sahəvi auditinin aparılması;
- Müştərinin mühasibat uçotunun aparılmasının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun ekspertizası, zəruri halarda şifahi məsləhətlərin və yazılı rəylərin verilməsi;
- Müştərinin vergi-uçot hesabatlılığının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun hüquqi müşayiət edilməsi;
- Müştərinin üçüncü şəxslərlə münasibətlərində maliyyə fəaliyyətinin, mühasibat uçotu və vergi hesabatlığının qanunvericiliyə uyğunluğunun müşayiət edilməsi;
- Müştərinin üçüncü şəxslərlə əqdlərində mühasibat uçotu, vergi hesabatlığına dair qanunvericiliyin tələblərinə əməl edilməsi baxımından ekspertizası; Zəruri hallarda rəylərin verilməsi;
- Müştərinin fəaliyyətinin müvafiq dövlət orqanları tərəfindən yoxlanılması zamanı onun etibarnaməsi əsasında belə yoxlama prosedurlarında iştirak edilməsi və Müştərinin mənafeyinin qorunması;
- Müştərinin mühasibat uçotu fəaliyyətinin və vergi hesabatlığının optimallaşdırılması məqsədilə təkliflərin hazırlanması və tətbiqinin hüquqi müşayiət edilməsi;
English