Yanğın təhlükəsizliyi


Azerbaijan International

Consulting Company



Facebook Twitter Linkedin

Məlumat üçün qeyd edək ki, yanğın təhlükəsizliyi qaydalarına riayət etməmə işəgötürən üçün həm cinayət, həm də inzibati məsuliyyət yaradır. (CM-in 225-ci maddəsi, İXM-in 518-ci maddəsi)

Bu sahədə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2693 nömrə ilə 31.05. 2001-ci il tarixdə qeydə alınmaqla normativ hüquqi akt statusu almış “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın və digər aidiyyatı normativ aktların tələblərinə əməl edilməklə müəssisəniz üçün yanğın təhlükəsizliyi tədbirləri ilə əlaqədar aşağıdakı sənədlər hazırlanacaq:

  • Yanğın təhlükəsizliyinə dair təlimat və qaydalar.
  • Yanğına qarşı təlimatlandırma jurnalı.
  • Yanğına qarşı təlimatlandırmaların mövzuları.
  • Yanğına qarşı təhlükəsizliyə cavabdeh olan şəxslərin təyin olunmasına dair müəssisə rəhbərinin xüsusi əmri.
  • Yanğına qarşı təhlükəsizlik tədbirlərinə nəzarətin təmin olunması və müəssisədaxili yanğına qarşı təlimatdan irəli gələn məsələlərin tənzimlənməsi ilə bağlı müvafiq əmrlərin layihələri, metodik vəsaitlər və s. .

Eyni zamanda, yanğın təhlükəsizliyinə aid standartları, norma və qaydaları, yanğın baş verdikdə xidməti heyətin texniki hərəkət planları (təxliyyə planı), giriş təlimatlarının verilməsinin tənzimlənməsi, ilkin yanğınsöndürmə vasitələrinin normalara uyğun təchiz edilmə qaydaları və digər məsələlər tənzimlənəcək, eləcə də zəruri hesab etdiyiniz təqdirdə, bu sahəyə aid bütün normativ aktlar (qanun, normativ və texniki normativ aktlar, qaydalar, əsasnamələr və s.) Sizə təqdim ediləcəkdir.

Bu sahədə xidmətlərimizin nəticəsində yanğın təhlükəsizliyi sahəsində müəssisənizin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilmiş olacaq. Həmçinin, hər hansı yanğın qəzası riskində müəssisənin və işçilərin təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər görülmüş olacaq. Eləcə də, bu sahədə nəzarətedici və yoxlayıcı orqan olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin müəssisənizdə nəzarət və yoxlama tədbirləri zamanı müəssisədaxili lokal normativ sənədlərin tələblərinə tam əməl etdiyiniz müəyyən ediləcək və istər bu cür tədbirlər, istərsə də hər hansı bir yanğın hadisəsi zamanı prokurorluq və digər istintaq orqanlarının təhqiqatı və istintaq zamanı tələb edilə biləcək bütün sənədləriniz qaydasında olacaqdır. Bu normativ sənədlərin müəssisənizin fəaliyyətində tətbiqi nəzarətedici və istintaq orqanları tərəfindən inzibati və ya cinayət xarakterli hadisələrdə işəgötürənin (vəzifəli şəxslərin) təqsirsizliyinin müəyyən edilməsində hüquqi əsas yaradacaq.