Technical security


Azerbaijan International

Consulting Company



Facebook Twitter Linkedin

Qeyd olunmalıdır ki, texniki təhlükəsizlik qaydalarına riyaət olunmaması cinayət (CM-in 162-ci maddəsi), o cümlədən, nəticəsindən asılı olaraq, maddi-mülki məsuliyyətə səbəb olur.

Texniki təhlükəsizlik üzrə hazırlanacaq sənədlər aşağıdakılardır:

  • Texniki təhlükəsizlik üzrə giriş təlimatlandırılması jurnalı.
  • Texniki təhlükəsizlik üzrə ilkin, təkrar və növbədənkənar təlimatlandırma jurnalı.
  • Texniki təhlükəsizlik Qaydaları.
  • Texniki təhlükəsizlik üzrə təlimat, texniki təhlükəsizliyə cavabdeh şəxsin təyin olunması barədə xüsusi əmr və vəzifə təlimatı.
  • Ilkin tibbi yardımın öyrədilməsi qaydaları, o cümlədən, ilkin tibbi yardıma dair xüsusi əmrlə təsdiq edilmiş metodiki vəsait; və s. məsələlərin tənzimlənməsi.
  • Işçi heyətinin müvafiq il üçün texniki təhlükəsizlik qaydaları ilə tanışlığını və onlara riyaət olunmasına cavabdehliyin rəsmiləşdirilməsi cədvəli.

Yuxarıda qeyd olunanlarla yanaşı, müəssisənin spesifik fəaliyyətilə əlaqədar zəruri olan digər Əsasnamələr, Təlimatlar, Qaydalar, Əmr, Sərəncamlar və s. sənədlər də hazırlana bilər.

Bu cür sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar:

  • Ətraf mühitə atılan, axıdılan tullantıların və s. normativlər barədə Ekomərkəzdən müvafiq sənədin alınması.
  • Əgər müəssisəyə məxsus avtomobil varsa, “Yol nəqliyyat hadisələrinin uçotu” jurnalı.
  • İstehsalatda baş verən bədbəxt hadisələrin uçotu” jurnalı.

İşçilərin sayından asılı olaraq əməyin mühafizəsi kabinetinin yaradılmasını tənzimləyən sənədlər və s. .: