Occupational safety and labor safety


Azerbaijan International

Consulting Company



Facebook Twitter Linkedin

Hansı məsuliyyət tədbirləri nəzərdə tutulur?
Qeyd olunmalıdır ki, əməyin mühafizəsi qaydalarını pozma Azərbaycan Respublikası CM-nin 162-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə, eləcə də Azərbaycan Respublikası İXM-nin 198-200-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur.

Məlum olduğu kimi, bu sahə üzrə nəzarətedici və yoxlayıcı orqan funksiyasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) həyata keçirir.

Müəssisələrdə kadrlarla bağlı işi aparanların və mühasiblərin bilməli və əməl etməli olduqları məsələlərdən biri də Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar və nəzarət tədbirləri ilə bağlıdır.

DƏMX aşağıdakılar üzrə yoxlamalar və nəzarət tədbirləri aparır:

  • Əmək qanunvericiliyi və ona aid normativ aktlardan, standartlardan və digər direktiv sənədlərdən irəli gələn tələblərə işəgötürən tərəfindən əməl edilməsinə.
  • Əmək haqqı, pensiya, zərərə görə ödənişlər və sair müavinətlərin vaxtında və müvafiq qaydalara uyğun ödənilməsinə.
  • Əmək müqavilələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə.
  • İş rejiminə əməl edilməsinə.
  • Əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik qaydaları üzrə təlimatların aparılmasına.
  • Dövrü tibbi müayinələrin keçirilməsinə.
  • Zərərli və ağır əmək şəraitində işləyən işçilərə qanunvericiliklə nəzərdə tutulmuş ödəmələrin və qida məhsullarının verilməsinə.
  • Işçilərin fərdi mühafizə vasitələrindən istifadə etmədən işləməsi, iş yerlərinin attestasiyasının keçirilməsinə.
  • Işçi qüvvəsinin qeyri-qanuni (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən) istifadə edilməsinə.
  • Işləyən əlillərin qanunvericiliklə müəyyən olunmuş imtiyazlarına əməl edilməsinə.
  • Sosial müdafiə və məşğulluq fondlarına sosial ayırmaların aparılmasına.
  • Hüquq pozuntularının aradan qaldırılması üzrə verilən “məcburi göstəriş”lərin icra olunmasına və s.

Bu sahədə tərtib edəcəyimiz lokal normativ sənədlər aşağıdakılardır:

  1. Əməyin mühafizəsi normaları, qaydaları və standartlarına dair Təlimat.
  2. Əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqında təlimat.
  3. Əməyin mühafizəsi üzrə qanunvericiliklə müəyyən edilən qaydada işçilərin biliklərinin yoxlanılması üçün.
  • Komissiyanın yaradılması və onun fəaliyyət istiqamətlərini əks etdirən əmr.
  • Komissiyanın protokollarının hazırlanması.
  • Işçilərə əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması barədə vəsiqələrin verilməsi.
  • Əməyin mühafizəsi xidmətinin rəhbərinin vəzifə təlimatı.
  • Müəssisədə işləyən bütün işçilərin vəzifə təlimatları.
  • İş yerlərinin attestasiyadan keçirilməsi barədə təkliflər.
  • “Əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması”nın qeydiyyatı jurnalı.
  • Daxili intizam Qaydaları.
  • Məzuniyyətlərlə bağlı qrafikin təsdiqi barədə əmrin layihəsi, məzuniyyət vaxtının dəyişdirilməsi barədə nümunəvi protokolun layihəsi.
  • Məzuniyyətlərin aparılmasının qeydiyyatı kitabı.
  • Əmək müqavilələrinin qeydiyyatı kitabı.
  • Karguzarlıqla bağlı müvafiq kitablar, jurnallar (daxil olma, çıxma, əmr, qərar və sərəncamların qeydiyyatı jurnalı və s.).
  • Əmək kitabçalarının hərəkətinin uçotu jurnalı.
  • Zəruri olan digər əmrlərin layihəsi.

Bütün bu sənədlərin toplu şəklində təqdim edilməsi ilə yanaşı praktiki tətbiqi də tərəfimizdən hüquqi müşayət olunacaqdır.

Bu sahədə xidmətlərimizin nəticəsində yoxlayıcı orqan olan DƏMX-in müəssisənizdə aparılacaq yoxlama və nəzarət tədbirləri zamanı müəssisədaxili lokal normativ sənədlərin tələblərinə tam əməl etdiyiniz müəyyən ediləcək ki, bu da nəzarətedici və istintaq orqanları tərəfindən müəssisənizin (vəzifəli şəxslərin) inzibati və ya cinayət xarakterli hadisələrdə təqsirsizliyinin müəyyən olunmasına hüquqi əsas yaradacaq.