*Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Qafqazinfo” xəbər verir ki, fərmana əsasən “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda 12.1-ci və 12.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.

12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.”;

Aşağıdakı məzmunda 12.3–12.6-cı bəndlər əlavə edilir:

“12.3. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir.

12.4. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər.

12.5. Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

12.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Palata idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.”;

Həmçinin 15.2-ci bənd aşağıdakı redaksiyada verilir:

“15.2. Xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, bu əməliyyatların hesablaşmalar hissəsinə isə Palata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edirlər.”.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

*2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 137 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə əmtəə ixrac olunub, 123 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-i Asiya ölkələri və digərləridir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 24,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 19,3 milyard dollar, idxalın həcmi 4,9 milyard dollar təşkil edib, nəticədə 14,4 milyard dollarlıq müsbət saldo yaranıb.

“İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 968,1 milyon dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 102,8 dollara bərabər olub

*İnvestisiyanın təşviqi sənədi-Güzəştlər üçün açar alətlər

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi və sənaye istehsalının artırılması məqsədi ilə 2016-cı ilin əvvəlindən başlayaraq Azərbaycanda investisiyaların təşviqi ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edildi və hazırda investisiya təşviqi sənədi vasitəsi ilə investisiyaların təşviqi həyata keçirilməkdədir.