Aprelin 25-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Mübariz Tağıyevin 70 illik yubiley gecəsi keçiriləcək.

 

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley gecəsində, xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, müğənnilər Cavan Zeynallı, Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, Ülkər Əliyeva, Cingiz Mustafayev, Cahangir Qurbanov, Musa Abdullayev və “QAYA” qrupu, “RAST” qrupu, “SEVİL” ansamblı, estrada-simfonik orkestri, “Cəngi” qrupu, “SAVAB” qrupu, Zabitlər evinin xoru, “Bakılı oğlanlar” komandası iştirak edəcəklər.

 

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN Xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *