Sual :Daşınmaz dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri nə vaxt qəbul etməyə və ya qəbul etməkdən imtina edə bilər?

Aşağıdakı hallarda daşınmaz dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri qəbul etməyə və ya qəbul etməkdən imtina edə bilər:

təqdim olunmuş sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (düzəlişlər edilmiş (sözün üzərindən xətt çəkilmiş, pozulmuş) və bu düzəlişlər barədə rəsmi qeydlər aparılmamış sənədlər təqdim edildikdə və ya məzmunu barədə fikir yürütməyə imkan verməyən korlanmış sənədlər təqdim edildikdə);

müvafiq ərizə onu  verməyə ixtiyarı olmayan şəxs tərəfindən verildikdə;

daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;

-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *