Mayın 6-da ölkəmizin turizm sənayesində əsas tədbirlərdən biri olan “AICC-2018” Hotel, Restoran, Turizm və Səyahətlər Sərgisi öz işinə başlayacaq. SİA-nın məlumatına görə, artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqlarını, həm də ziyarətçiləri məmnun edir. Sərgi Bakı şəhərinin ən hündür binası olan “Alov qüllələri” kompleksi (ing. Flame Towers) mərkəzində keçiriləcək. Bu tədbir turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcək. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Unutmamaq lazımdır ki, sərgilər peşəkarları bir araya toplamaq üçün mükəmməl platformadır.

Beləliklə, bu sərgilərdə potensial alıcı və tərəfdaşlarla işgüzar əlaqələr qurmaq, yeniliklərlə tanış olmaq imkanı əldə etmək mümkündür. Builki sərgilərin sponsorları sözügedən tədbirlərin şirkətlərin işgüzar həyatındakı əhəmiyyətini ön plana çəkir. Sponsorluq edən şirkətlərin arasında artıq bu müəssisələr var: “Dadaşoğlu”, “Şuşa-Qarabağ” PFK, “Boran” və s.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya Respublikası, Dominikan Respublikası, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlərin yer alacağı gözlənilir. Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru da təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar əldə edəcəklər. “AICC 2018” sərgisində bəzi şirkətlər öz milli stendi ilə çıxış edəcəklər.

Sərgi çərçivəsində iştirakçılar və yerli tur operatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

“AİCC-2018” regionda otel və restoran sektorunun ixtisaslaşdırılmış sərgilərindən biridir.

Beləliklə, “AİCC 2018” sərgisi yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.

 

http://sia.az/az/news/economy/667693.html

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *