AICC-2018 Hotel, Restoran, Turizm və Səyahətlər Sərgisi

 

6 may 2018-ci il tarixində ölkəmizin turizm sənayesində əsas tədbirlərdən biri olan AICC-2018 Hotel, Restoran, Turizm və Səyahətlər Sərgisi öz işinə başlayacaq. Artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqlarını, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir.

Sərgi Bakı şəhərinin ən hündür binası olan “Alov qüllələri” kompleksi (ing. Flame Towers) Mərkəzində keçiriləcək.Sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcəkdir. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Unutmamaq lazımdır ki,Sərgilər sizin sahənizə aid olan peşəkarları bir araya toplamaq üçün mükəmməl platformadır!

Beləliklə, siz bu sərgilərdə yenidən potensial alıcı və tərəfdaşlari işgüzar əlaqələr qurmaq, yeniliklərlə tanış olmaq imkanı əldə edəcəksiniz. Bu ilki sərgilərin sponsorları sözügedən tədbirlərin şirkətlərini işgüzar həyatındakı əhəmiyyətini ön plana çəkir. Sponsorluq edən şirkətlərin arasında artıq bu müəssisələr var: “Dadaşoğlu”, “Şuşa-Qarabağ” PFK, “Boran” və s.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya Respublikası, Dominikan Respublikası, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alacağı gözlənilir. Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru da təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AICC 2018” sərgisində bəzi şirkətlər öz milli stendi ilə çıxış edəcəklər.

Sərgi çərçivəsin də  iştirakçılar və yerli tur operatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

“AİCC-2018” regionda otel və restoran sektorunun ixtisaslaşdırılmış sərgilərindən biridir.

Beləliklə, “AİCC 2018” sərgisi yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.