Fransa polisi sabiq prezident Nikolas Sarkozini saxlayıb.

 

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, N. Sarkozi 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb.

“Le Monde” qəzeti isə yazıb ki, N. Sarkozi Nanterdə məhkəmə polisinin binasında saxlanılır.  Qəzet N. Sarkozinin 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir