“AICC-2018” sərgisi Türkiyədə Beynəlxalq Fuarlar sırasına daxil edildi.

Bildiyiniz kimi 6 may 2018ci il tarixində ölkəmizin turizm sənayesində əsas tədbirlərdən biri olan AICC-2018 Hotel, Restoran, Turizm və Səyahətlər Sərgisi öz işinə başlayacaq. 

Sərgi Bakı şəhərinin ən hündür binası olan “Alov qüllələri” kompleksi (ing. Flame Towers)Mərkəzində keçiriləcək. Sərgi turizm bazarı, dövlət strukturları və həmyerli, həmdə regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada biraraya gətirəcəkdir.Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.Xüsusilə Türkiyə medyasında  bu sərgi ilə bağlı geniş yer verilib. Bu gün FUARPLUS  jurnalında http://www.fuarplus.com/ AİCC-2018 fuarı  Beynəlxalq Sərgilər sırasına daxil edilib. Keçən həftə isə “Haber Turizm” qazetinde bu sərgi barədə böyük bir məqalə yazılmışdı.

“AİCC – 2018”  Beynəlxalq  sərgisi  bu tədbirdə iştirak edən Türkiyə şirkətləri üçün öz nailiyyətlərini nümayiş etdirmək üçün gözəl imkandır.

Bunu jurnalistlərə sərgi çərçivəsində AİCC-2018 Rəhbəri Bağırov G.  deyib.

Bağırov Güləli onuda qeyd edib ki, turizm sahəsini digər ölkələrlə müqayisə etdikdə Türkiyədə bu sahənin nə qədər inkişaf etdiyini görmək olar. AİCC – 2018 sərgisininə daha aktiv olduğuna  görə, Türkiyə şirkətlərinə təşəkkür edib.

http://www.fuarplus.com/-dunya-fuar-haritasi/tr/country_list

http://www.fuarplus.com/-AICC-AZERBAIJAN-INTERNATIONAL-CONSULTING-CENTER/tr/organizator/100113148

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir